SİYASƏT


XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR

Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İraq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Qalib Əbdü Hüseyn Əl-Təmimini qəbul etmişdir.

Görüşdə nazir Vilayət Quliyev və Qalib Əbdü Hüseyn Əl-Təmimi iki ölkə arasındakı əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparmışlar.

Səfir öz ölkəsinin Xarici İşlər Nazirinin məktubunu nazir V.Quliyevə təqdim etmiş, İraq dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafına və bu əlaqələrin daha da genişlənməsinə ölkəsinin mühüm diqqət yetirdiyini vurğulayaraq, bu istiqamətdə qarşılıqlı dialoqun fəallaşdırılmasının vacibliyini bildirmişdir.

Nazir Vilayət Quliyev öz növbəsində iki ölkə arasındakı əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu söyləmişdir.

Daha sonra nazir V.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində avqust ayının 11-də keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri”nin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunmaması ilə əlaqədar səfiri ətraflı məlumatlandırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.