SİYASƏT


XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev erməni separatçı rejimi tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri” ilə əlaqədar Rumıniyanın xarici işlər naziri Mirça Coaneyə məktub ünvanlamışdır. 

Bununla əlaqədar Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyətli səfiri Eldar Həsənovun Rumıniya Xarici İşlər Nazirliyinin Şərq departamenti rəisinin müavini Nikolay Paxonya və müşavir Valeriu Stoyka ilə görüşü keçirilmişdir.

N.Paxonya Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq münasibətlərinin səviyyəsindən və xüsusilə son vaxtlar bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu vurğulayaraq bildirmişdir ki, Rumıniya Azərbaycanın müstəqilliyini, eyni zamanda suverenliyini və ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən olmuşdur.

Azərbaycanın Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilməsi nəzərdə tutulan “seçkilərə” dair ölkənin rəsmi mövqeyini bildirən N.Paxonya demişdir ki, Rumıniya hökuməti seçkiləri qeyri-qanuni hesab edir, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, separatçılıq və ekstremizm hallarını daim və birmənalı şəkildə pisləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.