MƏDƏNİYYƏT
“XARI BÜLBÜLLƏR” FİLMİNİN TƏQDİMATI
Mərasimdə filmin yaradıcıları, ssenari müəllifi və quruluşçu rejissoru Arif Qazıyev, əməkdar artist İlham Əsgərov, şair Vahid Əziz, gənc rejissor Pünhan Həsənli çıxış edərək, ekran əsərinin çəkilişindən danışmış, sponsor Fərhad Əhmədova və yaradıcı heyətin üzvlərinə minnətdarlıq etmişlər. Filmdə əsas rolları əməkdar artsist Aygün Kazımova (Xurşidbanu Natəvan), Yusif Hadi (Aleksandr Düma) və “Fərhad” adına “Xarı bülbüllər” uşaq muğam qrupunun üzvləri ifa edirlər. Filmin təqdimatından sonra “Qarabağım mənim” adlı konsert olmuşdur. Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Aygün Kazımova, Nazpəri Dostəliyeva, müğənnilər Fidan Hacıyeva, Röya, Ədalət Şükürov, Üzeyir Hacibəyovun 120 illiyinə həsr olunmuş muğam müsabiqəsi laureatlarının oxuduqları muğam, təsnif və mahnılar böyük rəğbət və məhəbbətlə qarşılanmışdır. Müğənniləri Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Muğam Teatrının ansamblı müşayiət etmişdir.