MƏDƏNİYYƏT
XARKOVDA AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLMİŞDİR
Xarkov vilayətinin “Dostluq” Azərbaycan-Ukrayna cəmiyyətinin və V.Korolenko adına Dövlət kitabxanasının təşkil etdiyi gecə böyük söz ustaları X.Natəvanın və Lesya Ukrainkanın yaradıcılığına həsr olunmuşdu. “Dostluq” cəmiyyətinin sədri, Kiyev rayon sovetinin deputatı Murad Ömərov xarkovlu soydaşlarımızı prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi və Azərbaycanın Dövlət müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, ölkəmizin tarixindən, respublikanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərindən danışmışdır. D.Skovorada adına Xarkov Pedaqoji Universitetinin baş müəllimi Antonina Yakovleva və “Diyarşünaslıq” cəmiyyətinin məsul katibi Anna Stolyarova toplaşanları qardaş xalqlarımızın iki görkəmli qızının – azərbaycanlıların və ukraynalıların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün çox işlər görmüş Xurşudbanu Natəvanın və Lesya Ukrainkanın həyat və yaradıcılığı ilə tanış etmişlər.
Bayram gecəsi konsertlə başa çatmışdır.