MƏDƏNİYYƏT


“XATİRƏ KİTABI”NIN III CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

Respublika “Xatirə Kitabı”nın üçüncü cildi çapdan çıxmışdır. “D”, “E”, “Ə” hərflərini əhatə edən 16 mindən çox əsgər və zabit barədə məlumat verilmişdir.

Bu cildin ilk səhifəsində “Xatirə Kitabı”nın nəşrinə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Redaksiya heyəti və Redaksiya şurasının dərin minnətdarlığı ifadə olunmuşdur.

Cilddə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının, sovet qoşunlarının tərkibində Əfqanıstanda vuruşaraq həlak olmuş soydaşlarımızın, 20 Yanvar və Xocalı faciələri şəhidlərinin şəkilləri də verilmişdir.

“Xatirə Kitabı”nın indiyədək çap edilən üç cildinə müharibələrdə həlak olmuş, itkin düşmüş, şəhid olmuş 50 minədək soydaşımızın adları daxil edilmişdir.

20 cildlik respublika “Xatirə Kitabı”nın nəşrini 2015-ci ilə kimi başa çatdırmaq nəzərdə tutulur.

Müharibələrdə, məkrli tarixi düşmənlərimizin təcavüzləri, Azərbaycan ərazisində törətdikləri qanlı faciələr zamanı həlak olan soydaşlarımızın xatirəsi qədirbilən xalqımız üçün əzizdir. Onların adını, ruhunu əbədiyyətə qovuşduran, gələcək nəsillərə tanıdan təkcə daş heykəllər, büstlər, xatirə abidələri deyil, həm də bu “Xatirə Kitabı”nın cildləri olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.