İQTİSADİYYAT


“XƏZƏRDƏNİZNEFTDONANMA” İDARƏSİ YÜK DAŞIMALARI ÜZRƏ PROQNOZA 141,4 FAİZ ƏMƏL ETMİŞDİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Xəzərdənizneftdonanma” İdarəsi ötən il 565 min 423 ton yük daşıyaraq proqnoza 141,4 faiz əməl etmişdir. Daşınan yüklərin əsas hissəsini dizel yanacağı, içməli su, metal konstruksiyalar, sement, borular və s. təşkil etmişdir.
İritutumlu barjlar, üzən kranlar, yüksək sürətli katerlər vasitəsilə dəniz mədənlərinə, estakadalara, platformalara, dayaqlara və açıq dənizdə tikilən obyektlərə yüklərin və neftçilərin daşınması ilə məşğul olan “Xəzərdənizneftdonanma” İdarəsi “Azneft” İstehsalat Birliyinin öncül müəssisələrindən biridir. Balansında 256 gəmi, həmçinin 4 üzən emalatxana və 3 tərsanə olan idarə ötən il 2005-ci ilə nisbətən 22,9 faiz çox yük daşımışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.