İQTİSADİYYAT


XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNDA QURAŞDIRILACAQ PLATFORMALARIN SAYI 7-YƏ ÇATDIRILACAQ

bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Azəri-Çıraq-Günəşli” tammiqyaslı işlənmə layihəsi çərçivəsində sonuncu iki platformanın inşası bu il tamamlanacaqdır. Bununla da “Əsrin müqaviləsi” çərçivəsində Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq platformaların sayı 7-yə çatdırılacaqdır.

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismarını nəzərdə tutan “Faza-3" layihəsi çərçivəsində layihələndirilən platformaların dayaq bloklarının və üst modullarının tikintisi də başa çatmaq üzrədir. Yatağın dərinlikdə yerləşən hissəsində quraşdırılması nəzərdə tutulan hasilat, kompressor, suvurma və texnoloji təchizat, eləcə də qazma, texnoloji təchizat və yaşayış platformalarının dayaq blokları və üst modulları Heydər Əliyev adına Bakı dərin dəniz özülləri zavodunun və Amek-Tekfen-Azfen alyansının Bibiheybətdəki tikinti-quraşdırma sahələrində inşa olunur. Hər iki sahədə inşaat işləri cədvəl üzrə gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.