İQTİSADİYYAT
“XƏZƏR BALIQ” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Lənkərandakı Nərimanabad balıq kombinatı səhmdar cəmiyyətə çevrildikdən sonra burada iş ahəngi yenidən bərpa olunmuşdur.
Kombinatın nəzdindəki “Xəzər-Balıq” MMC-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda müəssisədə 528 nəfər çalışır. Burada yenidənqurma işlərinə 17 milyard manat sərmayə cəlb olunmuşdur. Müəssisə üçün 16 yeni balıqovlayan gəmi alınmış, balıq unu hazırlayan 7 dəyirman quraşdırılmış və yardımçı sahələr yaradılmışdır. Ötən il müəssisədə 5 min tona yaxın balıq ovlanmış, 5,2 ton qara kürü istehsal olunmuşdur.
MMC yaxın gələcəkdə fəaliyyətini xeyli genişləndirəcəkdir. Almaniyanın iş adamları burada balıqyetişdirmə zavodları inşa etmək niyyətindədirlər. Həmin zavodların tikintisinə 10 milyon ABŞ dolları məbləğində sərmayə qoyulması nəzərdə tutulmuşdur.
“Xəzər-Balıq” tezliklə işçilərinin sayını 1200 nəfərə çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:44]
Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib
- 23.04.2024 [12:40]
® ABB-nin ATM-lərində yenilik!
- 23.04.2024 [12:28]
Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb
- 23.04.2024 [12:17]
NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib
- 23.04.2024 [11:29]
Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib
- 23.04.2024 [10:51]