ELM VƏ TƏHSİL
“XƏZƏR DƏNİZİNİN KOMPLEKS HİDROMETEOROLOJİ ATLASI” HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, AMEA Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində “Xəzər dənizinin kompleks hidrometeoroloji atlası” hazırlanmışdır. Atlas coğrafiya, hidrologiya, meteorologiyaya aid xəritələr və dənizin səviyyəsini göstərən 274 cədvəldən ibarətdir. Nəfis tərtibatlı bu topluya son 35 ilin tədqiqat materialları toplanmışdır. Mətnlər ingilis, rus, fransız dillərindədir. Tərtibçi müəllif institutun elmi işlər üzrə direktorun müavini, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, redaktorları akademiklər Budaq Budaqov və Akif Əlizadədir.
Atlas Fransanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə yaxın vaxtlarda nəşr ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]