İQTİSADİYYAT
XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ “QUALİTY CROWN” BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Biznes Təşəbbüsünün İstiqamətləri (BİD) təşkilatının Seçmə Komitəsi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyini “Quality Crown” (“Qızıl dərəcə”) mükafatına layiq görmüşdür.
Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, mükafat dekabr ayında Londonda keyfiyyət üzrə keçirilən XV konfransda gəmiçiliyin nümayəndələrinə təqdim olunmuşdur. Təqdimetmə mərasimində dünyanın bir çox ölkələrinin sahibkarları, işgüzar dairələrin nümayəndələri, müəssisə və təşkilatların keyfiyyət sahəsində çalışan mütəxəssisləri, tanınmış iqtisadçılar, habelə Londondakı diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
BİD-in Gəmiçiliyə ünvanladığı məktubda bildirilir ki, Xəzər Dəniz Gəmiçiliyi bu beynəlxalq mükafatı sərnişin və yük daşınması xidmətlərini yüksək keyfiyyətlə həyata keçirməsinə görə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]