ELM VƏ TƏHSİL


XƏZƏR HÖVZƏSİNİN NEFT-QAZ LAYİHƏLƏRİNƏ HƏSR EDİLMİŞDİR KİTAB BURAXILMIŞDIR

AZƏRTAC xəbər verir ki, Xəzəryanı dövlətlərin neft-qaz sənayesi sahəsində son 2 ildə baş vermiş ən mühüm yeniliklər Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri, geoloq-alim Məmməd Mirzəyevin yeni çapdan çıxmış “Geoloqun qeydləri-3” kitabında (rus dilində) öz əksini tapmışdır. Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşası, Xəzərdə həyata keçirilən beynəlxalq layihələr, iştirakçı şirkətlər, neft və qaz hasilatı, kəşfiyyatı, emalı və nəqli ilə bağlı məsələlərdən xronoloji ardıcıllıqla bəhs edən müəllif, neft geologiyası üzrə mütəxəssis kimi, hadisələrə ətraflı şərh də vermişdir.

Məmməd Mirzəyevin bu mövzuda yazdığı əvvəlki iki kitab kimi bu nəşr də neft sahəsində mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün dəyərli mənbə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.