“XƏZƏR–LƏNKƏRAN” QAZAXISTANIN “JETISU”KOMANDASI İLƏ QARŞILAŞACAQDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Dubayda təlim-məşq toplanışlarını davam etdirən “Xəzər-Lənkəran” komandası yanvarın 17-də daha bir yoxlama oyununda qüvvəsini sınayacaqdır. Rəqib hələlik məlum olmasa da, bunun yerli klublardan biri olacağı gözlənilir.
Xatırladaq ki, İraq yığması ilə keçirilən ilk yoxlama görüşü 1:1 hesabı ilə başa çatmışdı.
Yanvarın 18-də vətənə dönəcək “Xəzər-Lənkəran” ayın 25-də yenidən Dubaya yollanacaqdır.
İkinci təlim-məşq toplanışında komanda daha 4 oyun keçirəcəkdir. Ağasəlim Mircavadovun yetirmələri yanvarın 28-də Qazaxıstanın “Jetısu”, fevralın 3-də isə Yekaterinburqun “Ural” klubları ilə qarşılaşacaqlar. Digər iki rəqib komandanın adı isə hələlik məlum deyildir.
Xəbərin mətnində orfoqrafik səhv var