İDMAN
“XƏZƏR-LƏNKƏRAN” YARIMFİNALA VƏSİQƏ QAZANDI
AZƏRTAC xəbər verir ki, aprelin 28-də “Şəfa” stadionunda ölkə futbol kuboku uğrunda yarışların dörddəbir final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran” və “MKT-Araz” komandaları arasında cavab oyunu olmuşdur.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş qolsuz bərabərliklə (0:0) başa çatmışdır.
Beləliklə, aprelin 25-də keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlmiş “Xəzər-Lənkəran” komandası yarışların yarımfinal mərhələsində Yevlaxın “Karvan” klubu ilə oynamaq hüququ qazanmışdır.
Xatırladaq ki, bir ay öncə komandalar dörddəbir final mərhələsində qarşılaşmış və iki oyunun nəticəsinə əsasən, “MKT-Araz” yarımfinala vəsiqə qazanmışdı. Lakin “Xəzər-Lənkəran” klubunun “MKT-Araz”ın heyətində aşkar etdiyi pozuntulara dair etiraz ərizəsindən sonra, AFFA-nın Nizam-İntizam Komitəsi bu komandalar arasında görüşlərin nəticəsini ləğv edərək, oyunların yenidən və neytral meydanda keçirilməsi barədə qərar çıxarmışdı.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:13]
Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb
- 23.09.2023 [13:52]
Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar
- 23.09.2023 [13:28]
"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb
- 23.09.2023 [12:56]
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
- 23.09.2023 [12:52]
Bu gün Çində XIX Asiya oyunları start götürəcək
- 23.09.2023 [11:18]
Azərbaycan minifutbol millisinin heyəti açıqlanıb
- 23.09.2023 [11:15]