İDMAN


“XƏZƏR-LƏNKƏRAN” - “ƏL HƏDDA” GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR

AZƏRTAC xəbər verir ki, ölkə futbol çempionatının hazırkı lideri “Xəzər- Lənkəran” Dubayada təlim-məşq toplanışlarının birinci mərhələsini başa vuraraq vətənə qayıtmışdır.
Qeyd edək ki, lənkəranlılar son yoxlama oyununu yerli “Əl-Hədda” klubuna qarşı keçirmişlər. Görüş 2:2 hesabı ilə başa çatmışdır.
Yanvarın 25-dən yenidən Dubayda davam edəcək hazırlığın ikinci mərhələsi çərçivəsində Qazaxıstanın “Jetısu”, Yekaterinburqun “Ural” və Serbiyanın “Partizan” klubları ilə yoldaşlıq oyunları nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.