Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

XƏZƏR MEHRİBAN QONŞULUQ, ƏMƏKDAŞLIQ, DOSTLUQ, SÜLH VƏ TƏHLÜKƏSİZLİK DƏNİZİ OLMALIDIR
XƏZƏRYANI ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ AŞQABAD ZİRVƏ GÖRÜŞÜ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün aprelin 23-də Türkmənistanın paytaxtı Aşqabada gəldi.

Dövlətimizin başçısının şərəfinə Türkmənbaşı beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyevi Türkmənistanın mədəniyyət naziri Orazgəldi Aydoğdıyev səmimiyyətlə qarşıladı. Azərbaycan rəhbərinə duz-çörək, gül dəstəsi təqdim edildi.

Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış “Nebitçi” iqamətgahına gəldi.

X X X

ZİRVƏ GÖRÜŞÜ BAŞLANDI

Aprelin 23-də günortadan sonra Türkmənistan paytaxtının “Ruhiyyət” sarayında Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü öz işinə başladı.

Türkmənistan prezidenti SAPARMURAD NİYAZOV zirvə görüşünü açaraq, dövlət başçılarını, o cümlədən ən təcrübəli siyasətçi Prezident Heydər Əliyevi salamladı və Aşqabada gəldiklərinə görə təşəkkür etdi. Türkmənbaşı dedi ki, ilk dəfədir biz əvvəlcədən razılaşdırılmış hər hansı sənəd olmadan görüşə toplaşmışıq və məqsədimiz Xəzərin dostluq və əməkdaşlıq dənizinə çevrilməsinə nail olmaqdır. Biz başa düşürük ki, Xəzər problemi ümumən dünyanı maraqlandıran məsələdir, ona görə Aşqabad zirvə görüşü beynəlxalq siyasətçilərin də diqqət mərkəzindədir. Xəzər zəngin karbohidrogen ehtiyatlarına, bioloji ehtiyatlara malik, çox böyük nəqliyyat əhəmiyyəti olan dənizdir. Onun sahilində yerləşən ölkələr bunlardan bərabər hüquqla istifadə etməlidirlər.

Prezident S.Niyazov daha sonra dedi ki, indi cürbəcür söhbətlər gedir ki, biz burada nə barədəsə razılığa gələ biləcəyik, yoxsa ümumi fikrə nail olmadan dağılaşacağıq. Belə söz-söhbətləri bəzən mətbuat da qızışdırır. Ancaq mən ümidvaram ki, biz, beş ölkəyə başçılıq edən, Xəzərin və onun sahillərində yaşayan xalqların taleyi üçün məsuliyyət daşıyan siyasətçilər vahid fikrə gələ biləcək və elə qərarlar qəbul edəcəyik ki, bunlar bizi ayırmayacaq, əksinə, birləşdirəcəkdir. Xəzərin sərvətləri o qədər zəngindir ki, ölkələrimizin hər biri üçün kifayət edər. Şübhəsiz ki, biz ekologiya, balıq ehtiyatlarının qorunması, nəqliyyat məsələlərini də nəzərdən keçirəcəyik. Lakin bunların hamısı Xəzərin taleyinin konkret həlli ilə bağlıdır.

Türkmənistan rəhbəri vurğuladı ki, onun ölkəsi digər sahilyanı dövlətlərin mövqelərini yüksək qiymətləndirir. Fikirlər müxtəlif ola bilər, bu, təbiidir, lakin bu fikir ayrılıqları hərbi münaqişəyə, hədə-qorxuya gətirib çıxaran siyasi münaqişələrsiz həll edilməlidir.

Sonra Rusiya Federasiyasının Prezidenti VLADİMİR PUTİN çıxış etdi.

Rusiya rəhbəri həmkarlarını salamlayaraq, belə bir görüşün keçirilməsi barədə təşəbbüs göstərən Türkmənbaşı S.Niyazova təşəkkürünü bildirdi. Cənab Putin dedi ki, bizim qarşımızda çoxtərəfli qarşılıqlı fəaliyyətin yeni mərhələsinə çıxmaq vəzifəsi durur. Bu formatda uğurla işləmək üçün hər cür imkanımız var və bizim əsas arzumuz çətin düyünü, tez-tez təkrar etdiyimiz Xəzər düyününü açmaqdır. Biz burada beş dövləti təmsil edirik, Xəzər isə həmişə olduğu kimi, indi də bir dənizdir. Zənnimcə, onu beş dənizə bölmək səhv olardı. O, bizim birgə ümumi sərvətimizdir. Bizim borcumuz bir-birimizin qanuni maraqları nəzərə alınmaqla, Xəzərin sərvətlərindən bacarıqla və qayğı ilə istifadə etməkdir.

Rusiya Prezidenti vurğuladı ki, bizim əməkdaşlığımız dünyadan təcrid olunmaq cəhdi deyildir. Biz əvvəllər götürdüyümüz öhdəliklərdən imtina etmirik, digər bütün ölkələrlə də qarşılıqlı surətdə faydalı tərəfdaşlığa hazırıq.

Cənab Putin dedi ki, sahilyanı dövlətlərin əməkdaşlığının mühüm sahəsi beynəlxalq terrorizmə qarşı qətiyyətli mübarizədir. Əgər biz bu məsələni həll etməsək, heç bir iqtisadi problem həll olunmayacaqdır. Aşkar coğrafi-siyasi səbəblərə görə bu problem Xəzər regionu üçün xüsusilə aktualdır.

Xəzərin enerji ehtiyatlarının birgə işlənilməsi və beynəlxalq bazarlara çıxarılması sahəsində əməkdaşlıqdan danışan Prezident Putin vurğuladı ki, bu yaxınlarda çox böyük beynəlxalq layihə - Xəzər Boru Kəməri Konsorsiumu layihəsi başa çatdırılmışdır. İndi Qazaxıstanın “Tengiz” yatağında çıxarılan neft həmin boru kəməri ilə Rusiyanın Novorossiysk limanına nəql edilir. Xüsusi nəzərə çarpdırmaq istəyirəm – ixrac enerji marşrutlarının çoxvariantlılığı Rusiyada heç bir narahatlıg doğurmur. Başlıcası budur ki, yeni boru kəmərləri marşrutlarının seçilməsi arxasında siyasət durmasın, bu marşrutlar həm iqtisadi, həm də ekoloji cəhətdən əsaslandırılmış olsun.

Daha sonra cənab Putin dedi ki, görüşümüzün bəlkə də əsas vəzifələrindən biri beş sahilyanı ölkədən hər birinin maraqları nəzərə alınmaqla, Xəzər dənizinin hüquqi statusunu müzakirə etməkdir. Bu, son dərəcə vacib məsələdir və bütün sahilyanı dövlətlərin ancaq razılığı əsasında həll olunmalıdır. Biz bu görüşə hazırlaşarkən tərəfdaşların baxışlarını nəzərə almağa çalışmışıq və Xəzər dənizinin statusu barədə əvvəlki mövqeyimizə əhəmiyyətli dərəcədə düzəliş etmişik. Hesab edirik ki, “dənizin dibi bölünür, su isə ümumi istifadədə qalır” formulu maraqlarımızı optimal şəkildə uyğunlaşdırmağa imkan verir. Aydındır ki, problemlərin bütün kompleksi barədə eyni zamanda razılığa gəlmək hələlik mümkün olmur. Ona görə də biz razılaşdırılmış qərara doğru mərhələ-mərhələ irəliləməyi təklif edirik. İlk növbədə nə etməli – bunu həyatın özü göstərəcəkdir. Dənizin dibindən istifadə edilməsi, balıq ovu, Xəzərin ətraf mühitinin mühafizəsi kimi sahələri beynəlxalq hüquq normalarına müvafiq surətdə tənzimləməyə daha böyük ehtiyac var. Rusiya Xəzər dənizinin dibinin bölünməsini istədiyini bildirərək, onun su qatının və səthinin ümumi istifadədə saxlanmasının qəti tərəfdarı olaraq qalır. Biz razıyıq ki, Xəzəryanı dövlətlərin sahil suları barədə milli yurisdiksiyasını bir qədər genişləndirmək lazımdır. Lakin bu suların hüdudlarından kənarda Xəzər bütün beş ölkənin gəmiləri üçün açıq olmalıdır.

Xəzərin təbii mühitinin vəziyyəti ciddi narahatlıq doğurduğunu, nadir nərəkimilərin populyasiyası sahəsində vəziyyətin son dərəcə pisləşdiyini xatırladan Rusiya Prezidenti bildirdi ki, bu ekoloji bəlanı ancaq səyləri birləşdirməklə, təcili və icbari kompleks tədbirlərin köməyi ilə aradan qaldırmaq olar.

“Xəzər beşliyi”nin ilk dəfə bir araya gəlməsini əlamətdar hadisə adlandıran Rusiya rəhbəri vurğuladı ki, beş dövlət arasında qarşılıqlı anlaşma və qarşılıqlı etimad Xəzər dənizində sülhün və əmin-amanlığın, dənizin ehtiyatlarından səmərəli istifadə etməyin, təbii mühitin qorunmasının açarıdır. Rusiya Xəzər dənizindəki vəziyyətə görə öz payına düşən məsuliyyəti dərk edir və regionda əməkdaşlığı möhkəmləndirmək, problemləri tezliklə həll etmək üçün əlindən gələni edəcəkdir. Cənab Putinin fikrincə, belə görüşləri müntəzəm keçirmək düzgün olardı, çünki yüksək səviyyədə müzakirə etmək üçün kifayət qədər məsələ vardır.

Sonra çıxış edən Qazaxıstan Respublikasının Prezidenti NURSULTAN NAZARBAYEV dedi ki, bizim ilk, demək olar, tarixi görüşümüz genişmiqyaslı qarşılıqlı fəaliyyəti, tərəfdaşlığı inkişaf etdirmək, zamanın doğurduğu tələblərə birlikdə cavab tapmaq, Xəzər regionunda sabitliyi möhkəmləndirmək üçün yaxşı imkandır. Avrasiyanın mərkəzinin mənafelərin toqquşma meydanına çevrilməməsi, xalqlarımızın müxtəlif siyasi oyunların girovu olmaması üçün bizim üzərimizə böyük məsuliyyət düşür. Son on il ərzində məhz Xəzər regionu bütün Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edərək, dünyanın işgüzar elitasının diqqətini özünə cəlb etmişdir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair çoxdan davam edən danışıqlar sübut edir ki, qarşılıqlı anlaşma, tərəflərin maraqlarının razılaşdırılması obyektiv və subyektiv xarakterli çətinliklərlə üzləşmişdir. Lakin belə danışıqlara sərf edilən vaxt əbəs olmamışdır. Xəzər regionunda siyasi sabitliyin, qarşılıqlı anlaşmanın qorunub saxlanması, hövzədə iri karbohidrogen ehtiyatlarının kəşfi aşkar müsbət faktdır və çəkişmələrə, həlli mümkün olmayan münaqişələrə gətirib çıxarmamışdır.

Cənab Nazarbayev Xəzər dənizinin hüquqi statusu məsələsinə münasibətdə Qazaxıstanın mövqeyini açıqlayaraq dedi ki, biz razılaşdırılmış sahilyanı balıq ovu zonalarını müəyyənləşdirməyi, lakin dənizin dibini milli sektorlara bölməyi, qalan hissəsini isə ümumi istifadədə saxlamağı təklif edirik. Bizim mövqeyimiz sahilyanı dövlətlərin mineral ehtiyatlara olan hüquqlarına dəqiq hədd qoymağa imkan verir ki, bu da öz növbəsində regionumuzda investisiya şəraitinə səmərəli təsir göstərəcəkdir. İndi sahilyanı ölkələrin hamısı Xəzər dənizində bölgü prinsipinin tətbiq edilməsinin mümkünlüyü ilə razıdırlar, bu ölkələrin əksəriyyəti orta xətt prinsipini məqbul hesab edir. Ümid etmək istərdik ki, regionun bütün ölkələri bu məsələdə konstruktiv mövqe tutacaq və məqbul kompromis yolu seçəcəklər. Hamı bu fikirdədir ki, coğrafi-siyasi baxımdan Xəzər probleminin qəti həlli perspektivi yaranmışdır. Bu olmadan dənizin mineral ehtiyatlarından istifadəyə, Avropanı İran körfəzi və Şərqlə əlaqələndirən nəqliyyat magistrallarının tikintisinə, ümumiyyətlə, ölkələrimiz arasında əməkdaşlığa dair mövcud layihələri səmərəli surətdə həyata keçirmək qeyri-mümkündür.

Prezident Nazarbayev daha sonra vurğuladı ki, Mərkəzi Asiya ölkələri, ilk növbədə Qazaxıstan Aral dənizinin faciəli ekoloji vəziyyətinin mənfi nəticələrini öz üzərində hiss edir. Xəzərin aqibəti belə olmamalıdır. Yalnız dənizdə milli yurizdiksiyaların dəqiq müəyyənləşdirilməsi regionun səmərəli iqtisadi inkişafı üçün əsas yaradacaq, habelə ekologiyanın qorunması sahəsində tədbirlər görülməsini sürətləndirməyə imkan verəcəkdir.

Cənab Nazarbayev çıxışını yekunlaşdıraraq dedi ki, Xəzər probleminin həllini uzatmağımız bundan pozuculuq məqsədi ilə istifadə etməyə, regionda sülhə və sabitliyə maksimum maneçilik törətməyə hazır olan qüvvələrə sərf edir. Xəzər bütün dünya naminə səmərəli inteqrasiya, iqtisadi əməkdaşlıq regionu olmalıdır. Biz onu mümkün ola biləcək kataklizmlərdən qorumalıyıq və buna gücümüz çatar.

Qazaxıstan rəhbəri görüş iştirakçılarını bu il iyunun 4-də keçiriləcək Asiyada etimad tədbirlərinə dair müşavirəyə dəvət etdi.

İran İslam Respublikasının Prezidenti SEYİD MƏHƏMMƏD XATƏMİ öz çıxışında bildirdi ki, indiki şəraitdə Xəzəryanı ölkələrin əməkdaşlığa, qarşılıqlı etimadı möhkəmləndirməyə, regional və beynəlxalq miqyasda qarşılıqlı fəaliyyəti genişləndirməyə həmişəkindən daha çox ehtiyacı var. Bu ölkələr sabit inkişaf naminə həm də regional münaqişələrin aradan qaldırılması, ekstremizmə, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya qarşı mübarizə və s. sahələrdə də əməkdaşlıq etməlidir.

Cənab Xatəmi dedi ki, Xəzər dənizi barəsində İranın prinsipial siyasəti hərtərəfli əməkdaşlığa, qarşılıqlı etimad yaradılmasına, uzunmüddətli və sabit sülhə, sahilyanı dövlətlərin hamısının maraqları nəzərə alınmaqla dənizin sərvətlərindən istifadə olunmasına əsaslanır.

Prezident xatırlatdı ki, 1921-ci ildə İran ilə RSFSR, 1940-cı ildə isə SSRİ arasında imzalanmış müqavilələr hələlik yeganə hüquqi sənədlər olub, yeni reallıqlar nəzərə alınmaqla, Xəzər dənizinin hüquqi statusunu təkmilləşdirmək üçün yaxşı zəmindir. İran tərəfinin fikrincə, sahilyanı ölkələr birtərəfli hərəkətlərə yol verməməli, dənizin hüquqi statusu ilə bağlı məsələlər qarşılıqlı anlaşma və konstruktivlik ruhunda, danışıqlar vasitəsilə həll edilməlidir.

Prezident Xatəmi dedi ki, İran sahilyanı ölkələrin müstəqilliyinə və suverenliyinə hörmət bəsləyərək bəyan edir ki, Xəzərlə bağlı digər sazişlər bütün Xəzəryanı dövlətlərin razılaşdırılmış qərarına uyğun gəldikdə qüvvədə olacaqdır. Bu mənada, konsensus prinsiplərinə zidd olan birtərəfli fəaliyyət və sazişlər danışıqlar prosesinə yeni çətinliklər yaradır. Ona görə də İran tərəfi sahilyanı ölkələri, Xəzərin hüquqi statusu təkmilləşdirilənə qədər, dənizin dibi və səthi üzrə özünün minimum payı hesab etdiyi 20 faizlik sahədə fəaliyyət göstərməkdən çəkinməyə çağırır.

Daha sonra cənab Xatəmi Xəzər dənizi və Fars körfəzi sahillərində İranın müvafiq infrastruktura, habelə neft və qaz sahəsində zəngin təcrübəyə malik olduğunu xatırladaraq bildirdi ki, onun ölkəsi regiondan enerji daşıyıcılarının dünya bazarına çıxarılması üçün münasib marşrutdur və bu sahədə öz imkanlarını marağı olan ölkələrə və şirkətlərə təqdim etməyə hazırdır.

İran Prezidenti ümidvar olduğunu bildirdi ki, Aşqabad zirvə görüşünün keçirilməsi və onun nəticələri Xəzərlə bağlı qarşıya çıxan problemlərin və çətinliklərin həllinə kömək edəcəkdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə söz verildi.

(Dövlətimizin başçısının nitqi qəzetin 25 aprel nömrəsində dərc olunmuşdur).

Prezidentlərin çıxışlarından sonra zirvə görüşü öz işini qapalı iclasda davam etdirdi.

X X X

Həmin gün axşam Türkmənistan Prezidenti Saparmurad Niyazovun adından zirvə görüşündə iştirak edən dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Qəbulda Prezident Heydər Əliyev də iştirak edirdi. Prezidentlər rəsmi qəbulda çıxış etdilər.

AŞQABAD ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATDI

Aprelin 24-də səhər Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü öz işini qapalı iclasda davam etdirdi.

Günortadan sonra isə zirvə görüşünün açıq iclası oldu.

Türkmənistan Prezidenti Saparmurad Niyazov iclası açaraq dedi ki, zirvə görüşündə çox maraqlı və canlı diskussiya getdi. O vurğuladı ki, heç kim Xəzərdə güc tətbiq etməməli, mübahisə və münaqişələri qızışdırmamalıdır və bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin zirvə görüşünə dəvətə və onun işinin yaxşı təşkilinə görə dövlət başçıları adından Türkmənistan Prezidentinə təşəkkür etdi. O, qeyri-formal şəraitdə keçirilən söhbəti son dərəcə açıq və olduqca konstruktiv söhbət kimi dəyərləndirərək dedi ki, dövlət başçıları Xəzər dənizi regionunda qarşılıqlı fəaliyyətin bütün cəhətlərini tarixdə ilk dəfə olaraq təfərrüatı ilə müzakirə etdilər. Vladimir Putin vurğuladı ki, əməkdaşlığın bütün istiqamətlərinə- balıqçılığa, ekologiyaya, su məkanından, mineral ehtiyatlardan istifadəyə, habelə dənizin statusunun qəti şəkildə müəyyənləşdirilməsinə dair məsləhətləşmələrin davam etdirilməsi haqqında razılaşma əldə edilmişdir. O, əmin olduğunu bildirdi ki, nəticə etibari ilə bütün bu məsələlər barəsində Xəzəryanı dövlətlərin xalqlarının hamısının mənafelərinə cavab verəcək qarşılıqlı anlaşma mümkün olacaqdır. Rusiya Prezidenti zirvə görüşünün gedişindəki konstruktiv qarşılıqlı fəaliyyətə görə Xəzəryanı dövlətlərin başçılarına təşəkkürünü bildirdi.

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi qəbul edən tərəfə - Türkmənistan Prezidentinə və bütün Xəzəryanı dövlətlərin başçılarına təşəkkür etdi. O, ümidvar olduğunu bildirdi ki, Xəzər sülh, sabitlik zonası olacaqdır. İran Prezidenti zirvə görüşünü uğurlu adlandırdı.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşün yaxşı təşkil olunduğuna görə Türkmənistan Prezidentinə təşəkkür etdi. Azərbaycan rəhbəri zirvə toplantısının gedişində görülmüş işin səmərəli olduğunu bildirərək dedi ki, dövlət başçılarının əvvəllər heç vaxt müzakirə edilməmiş məsələ ilə əlaqədar ilk görüşü öz məqsədinə çatdı. Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu məsələsi barədə ilk dəfə olaraq öz fikirlərini bildirdilər. Zirvə görüşü baş tutdu və uğurla keçdi. Dövlətimizin başçısı dedi ki, keçirilmiş görüşlərdə geniş fikir mübadiləsi aparıldı, gələcək danışıqlar ücün yaxşı zəmin yaradıldı.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev zirvə görüşündə Xəzərin hüquqi statusu kimi çox mürəkkəb problem barəsində müfəssəl fikir mübadiləsi aparıldığını vurğulayaraq dedi ki, hər bir ölkə öz mövqeyini açıq şəkildə bildirdi. O, növbəti görüşün hazırlanması üçün xarici işlər nazirlikləri ekspertlərinin işini davam etdirməyin zəruri olduğunu vurğuladı.

Bununla da zirvə görüşü başa çatdı.

Xəzəryanı ölkələrin dövlət başçıları zirvə görüşündən xatirə olaraq birgə fotoşəkil çəkdirdilər.

SƏFƏR BAŞA ÇATDI

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıya yola düşdü. Aşqabadın Türkmənbaşı beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin önündən keçdi. Milli geyimli qızlar dövlətimizin başçısına gül dəstələri təqdim etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyevi Türkmənistanın mədəniyyət naziri Orazgəldi Aydoğdıyev və digər rəsmi şəxslər yola saldılar.

X X X

Dövlətimizin başçısı elə həmin gün Bakıya gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyev Binə hava limanında jurnalistlərə müsahibə verdi. (Dövlətimizin başçısının müsahibəsi qəzetin 25 aprel nömrəsində dərc olunmuşdur).

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov,

Oqtay Aydınoğlu /foto/

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov /foto/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb