SİYASƏT
XƏZƏR NEFTİNƏ POLŞA DA MARAQ GÖSTƏRİR
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, iyulun 31-də Donetskdə keçirilən Ukrayna-Polşa biznes forumunda “Odessa-Brodı-Plotsk” neft kəməri layihəsinin gerçəkləşdirilməsi məsələləri üzrə müştərək müəssisə yaratmaq barədə Memorandum imzalanmışdır.
Sənədi Ukrayna tərəfindən Avrasiya neft-nəqliyyat dəhlizi məsələləri üzrə xüsusi müvəkkil, “Ukrtransnafta” şirkəti idarə heyətinin sədri Aleksandr Todiyçuk, Polşa tərəfindən isə “Dostluq” neft kəmərinin istismarı üzrə səhmdar cəmiyyəti idarə heyətinin sədri Stanislav Yakubovski imzalamışlar.
Ukraynanın baş naziri Viktor Yanukoviç və Polşa hökumətinin başçısı Leşek Miller imzalanma mərasimində iştirak etmişlər.