İDMAN


XII yay düşərgəsi və “Varna kuboku” turniri uğurla başa çatıb

Bakı, 25 iyul, AZƏRTAC

Kyokuşin Dünya Birliyi (KWU) ilə Bolqarıstan Kyokuşin Karate Federasiyasının təşkil etdiyi XII yay düşərgəsi və “Varna kuboku” turniri uğurla başa çatıb. Düşərgədə 30 ölkədən 1500 idmançı iştirak edib. Azərbaycanı turnirdə KWU-nun ölkəmizdəki rəsmi nümayəndəsi, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, Əməkdar Məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun rəhbərliyi ilə 10 nəfərlik komanda heyəti təmsil edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, düşərgənin ilk günlərində proqram üzrə hakimlik seminarları, təcrübi və test imtahanları keçirilib. Təcrübi və testdən uğurla keçən hakimlər turnirdə hakimlik etmək üçün lisenziya qazanıblar.

Əvvəlcə ənənəvi olaraq 18-21 yaşlı gənclər arasında “Varna kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə 18 ölkənin 140 idmançısı iştirak edib. Azərbaycanı turnirdə 3 idmançı təmsil edib. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Niyaməddin Əliyev yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb.

Turnirdən sonra Yaponiyadan dəvət olunmuş böyük karate ustalarının rəhbərliyi ilə gündə 3 dəfə olmaqla ciddi təlim məşqləri olub. Gərgin məşqlərdən sonra proqram üzrə dərəcə artırmaq istəyən ölkə nümayəndələri, məşqçilər və təlimatçılar üçün də test imtahanı keçirilib. İmtahanların nəticəsinə görə, Q.Aslanov 4-cü dan qara kəmərinə, onun tələbəsi Səbuhi Səfərov isə 1-ci dan qara kəmərinə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.