İQTİSADİYYAT
XILLI BALIQARTIRMA ZAVODUNUN TİKİNTİSİ BAŞA ÇATDIRILMIŞDIR
“Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinin inşaatçıları Neftçala rayonunun Xıllı kəndində balıqartırma zavodunun tikintisini başa çatdırmışlar. İndi burada son buraxılış-sazlama işləri görülür. Xəbər verildiyi kimi, müəssisə tam gücü ilə işlədikdə hər il 15 milyon ədəd balıq körpəsi yetişdirərək, Xəzər dənizinə buraxacaqdır. Xatırladırıq ki, zavodun tikintisi üçün Dünya Bankı 5 milyon 950 min dollar məbləğində güzəştli kredit ayırmışdır. Müəssisə iyulun sonunda işə düşəcəkdir. Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, balıqartırma zavodunun işə düşməsi ilə Neftçala rayonunda 200 nəfər işlə təmin olunacaqdır.