SİYASƏT


XİN: Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumata münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın hər hansı bir yerdə, o cümlədən Stokholmdakı səfirliyini bağlamaq niyyətində olmadığını bildirən Leyla Abdullayeva deyib: “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəlxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq xaricdəki nümayəndəliklərimizin sayını daha da artırmaq niyyətindəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.