SİYASƏT


XİN “Diplomatiya Könüllüləri” sıralarına könüllülərin qəbulunu elan edir

XİN “Diplomatiya Könüllüləri” sıralarına könüllülərin qəbulunu elan edir

Bakı, 15 mart, AZƏRTAC

Xarici İşlər Nazirliyi (XİN) “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

XIN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən edilmiş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduqları təqdirdə nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

Müraciətlər aprelin 10-na kimi qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.