Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür

XİN: Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamanı şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamentindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq həqiqətə uyğun olmayan bir sıra məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədini güdür.

Bununla əlaqədar olaraq Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlardan və digər tədbirlərdən ibarətdir. Onların arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür. Suveren dövlət olaraq Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar də daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs həlak olub və 206 nəfər yaralanıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 infrastruktur obyekti dağıdılıb.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə Azərbaycan bir tibb işçisi ağır yaralandı. Bundan əlavə, oktyabrın 11-i gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə-yeksan etdi, 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi öz növbəsində dərhal Moskva görüşünün bəyanatını birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı.

Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in qərarlarının, eləcə də Moskva görüşünün bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada növbəti treninq təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

AQTA: Monitorinqlər zamanı 78 müəssisədə nöqsanlar aşkarlanıb

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib

Coğrafiya İnstitutu Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabını nəşr etdirib

Fərid Şəfiyev: Rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırıb

Türkiyədə HDQ-nin ehtiyacları üçün müasir döyüş idarəetmə paneli təqdim edilib

“Qəbələ” klubunu daha bir futbolçu tərk edib

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

Pilotsuz helikopter Türkiyə müdafiə sənayesinin yeni uğurudur

Dünyada ilk dəfə insanlara dişi bərpa edən dərman veriləcək

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyevdən

Ottavada parlament binasının önündə Azərbaycan Bayrağı ucaldılıb

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan tədbirlər keçirib

BANM-də beynəlxalq elmi konfransların qalibləri mükafatlandırılıb

Kanadanın Regina şəhərində Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağı qaldırılıb

“Aşıq dastanları” kitabı işıq üzü görüb

Bakı metrosuna məxsus vaqonların təkərləri çıxarılmadan təmir olunacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında hesabat konserti - Sülh göyərçinləri

Romada İtaliya-Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı tədbir keçirilir

® “Qırmızı Ürəklər Fondu”nun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir

İsveç Baş nazirinin müavini: Aİ müsəlmanların doğma ölkələrinə qaytarılması təşəbbüsü ilə çıxış etməlidir

Cəlilabadda yaşayış evlərindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord nəticəyə -1 milyard 265 milyon manata çatıb

Fərid Şəfiyev: Azərbaycan və İtaliya arasında möhkəm siyasi qarşılıqlı fəaliyyət mövcuddur

BDU Yaponiyanın Tsukuba Universiteti ilə əməkdaşlıq edəcək

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailələrinin üzvləri Şuşada olublar

Mobil cihazlardan istifadə məktəblilərin müvəffəqiyyət dərəcəsini aşağı salır

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Fuad Muradov Moldovada bir sıra rəsmi görüşlər keçirib

“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

Cənubi Koreya raketdən müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır

Özbəkistan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı səylə inkişaf etdirir – Daşkənddən baxış

Milli Məclisin sədri Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

UEFA reytinqi: “Qarabağ” “Qalatasaray”ı geridə qoyub

Azərbaycan Prezidenti: 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi planlaşdırırıq

Kiyev: “Storm Shadow” raketləri Rusiya ərazisinə Londonun icazəsi ilə atılıb

Bakıda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Polşa Belarusla sərhəddə bufer zonası yaratmaq niyyətindədir

Qazaxıstanın türk dövlətlərinə göndərəcəyi tranzit yükün həcmi artacaq

Rəşad Əhmədov: Ötən il vətəndaşlara 75-80 milyon manata yaxın sığorta ödənilib

Ötən il Braziliyada meşələrin qırılması 11,6 faiz azalıb

Təl-Əvivdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

SOCAR enerji sənayesinin avtomatlaşdırılması ilə bağlı müqavilə imzalayıb

Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” mövzusunda tədbir keçirilib

İsveç Kiyevə 1,25 milyard dollarlıq hərbi yardım paketi ayırır

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Dövlət Komitəsinin sədr müavini ADA Universitetində diplomatlara mühazirə deyib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçkodan

Şəkidə taxıl biçininə 113 kombayn cəlb ediləcək

Abbasqulu ağa Bakıxanovun yeni çap olunmuş əsərləri ictimaiyyətə təqdim edilib

Şuşa Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdədə ictimai dinləmə keçiriləcək

“Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin icrasına başlanılır

Dəridə turşuluq dərəcəsinin dəyişməsi sızanaqlara səbəb ola bilər

Leonid Slutski: Qarabağ Azərbaycandır!

Azərbaycanda buğda unu və çörək məhsulları ilə bağlı yeni qaydalar gələn il yanvarın 1-də qüvvəyə minəcək

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil edilib

"Dinamo"nun baş məşqçisi: Mahir Emreli tezliklə komandadan ayrıla bilər

Türkmənistanda Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Səməd Seyidov: Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib VİDEO

COP29 Azərbaycan Sədrliyinin Könüllülük proqramı bu gündən etibarən fəaliyyətə başlayır

Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq

Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyi: Yaşıl enerjinin inkişafı sahəsində Azərbaycan və Tacikistanın güclü potensialı var – MÜSAHİBƏ

ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyasını əldə edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib

Rotterdamda 28 May - Müstəqillik Günü təntənə ilə qeyd edilib

Strasburqda Müstəqillik Günü qeyd olunub VİDEO

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı Türkiyədə nəşr olunub

Bakıda 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb VİDEO

Dünya çempionu: Azərbaycana qızıl medalla qayıdacağıma inanırdım

Şəkidə nöqsanlar aşkarlanan şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

“Qarabağ” Andrey Lunyovla müqaviləni yeniləməyə yaxındır

Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycanın Müstəqillik Günündə Londonda qlobal iqlim dəyişikliyi ilə bağlı vacib müzakirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri Ramiz Məmmədovdan

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib YENİLƏNİB VİDEO

Naxçıvanda yaşayan sığortaçılar 2010-cu ildən bəri dövrlə bağlı təzminat tələb edə bilərlər

Konqo Demokratik Respublikası yeni hökumətin tərkibini açıqlayıb

Bu ilin dörd ayında məcburi dövlət sosial sığorta üzrə 53,6 milyon manat vəsait ödənilib

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 5 nəfər xilas edilib

Filadelfiya şəhərində 100 yaşlı cütlük evlənib

Tramp məhkəmə xərclərini ödəmək üçün təyyarəsini satıb

“Havelsan” radarları: Türkiyənin təhlükələrin qarşısının alınmasında uğurlu təcrübəsi