DÜNYA


XİN: İranın sanksiyalarla bağlı heç bir narahatlığı yoxdur

Bakı, 3 noyabr, AZƏRTAC 

İranın sanksiyalarla bağlı heç bir narahatlığı yoxdur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasımi deyib.

“ABŞ-ın İran xalqına qarşı hər hansı bir tədbir həyata keçirmək qabiliyyəti yoxdur. İran Birləşmiş Ştatların sanksiyaları fonunda öz iqtisadiyyatını idarə edəcək gücünə malikdir”, - deyə o bildirib.

Xatırladaq ki, dünən ABŞ-ın dövlət katibi Mayk Pompeo İran neftinə dair sanksiyaların bazar ertəsi elan ediləcəyini deyib. Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək: “İranın neft ixracının 1 milyon barrel azalacağını gözləyirik”.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.