Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Kaspar Karampetyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaq

XİN: Kaspar Karampetyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetiyan barəsində Baş Prokurorluq tərəfindən cinayət işinin açılmasından sonra həmin şəxs görünür ciddi narahatlıq keçirir. Bu məqsədlə o, Belçikanın yerli orqanlarında təmsil olunan və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bəzi deputatlar vasitəsilə özünə dəstək axtarır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavabında bildirib.

O deyib: “Kaspar Karampetiyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrar keçmək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir.

O, bununla Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur.

Kaspar Karampetyan rəhbərlik etdiyi “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində mülki Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət, soyqırımı əməlləri törətməkdə iştirak edən qondarma rejimin nümayəndələrinin Brüsselə səfərlərini təşkil edir, həmin şəxslərlə sıx əməkdaşlıq edir və dolayısı insanlıq əleyhinə cinayət əməllərinə bəraət qazandırır.

Müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirir”.

Hikmət Hacıyev qeyd edib ki, Kaspar Karampetyanın təmsil olunduğu erməni inqilabçı federasiyası – Daşnaksütyun partiyası radikal təmayüllü olaraq Azərbaycan ərazisində minlərlə günahsız insanın öldürülməsində iştirak etmiş və çoxsaylı terror əməllərini törətmişdir. Bu kimi əməllər hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayətlər hesab olunur və bu əsasda həmin şəxsə qarşı cinayət işi açılıb.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Beynəlxalq hüququn imperativ normalarının ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur (http://mfa.gov.az/news/909/4939).

“Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında təsbit edib ki, Ermənistan respublikası hərbi mövcudluğu vasitəsilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub və qondarma rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur.

Qeyd etmək istərdik ki, Kaspar Karampetyanın vətəndaşlığını daşıdığı Yunanıstanın cinayət məcəlləsinin müvafiq olaraq, 138, 139, 144, 153 və digər maddələrinə görə Yunanıstanın ərazi bütövlüyünün pozulması, Yunanıstana dost olan ölkələrə qarşı fəaliyyətin həyata keçirilməsi, həmçinin bu kimi ölkələrin dövlət atributlarının təhqir edilməsi hallarına münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulub.

Belçika hökuməti insanlıq əleyhinə cinayət əməllərinə və həmçinin beynəlxalq hüququn imperativ normalarının (jus cogens) pozulmasına münasibətdə universal yurisdiksiya tətbiq edib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, həmçinin digər ölkələrin qanunlarına və beynəlxalq yurisdiksiyaya görə məsuliyyət daşıyan Kaspar Karampetyan vəkili vasitəsilə Azərbaycanın müstəqil media nümayəndələrini və Milli Məclisin deputatını təhdid etməsi, onların müstəqil fəaliyyətinə müdaxilə etməsi və onların Belçika məhkəməsinə verməklə hədələməsi qəbuledilməzdir.

Kaspar Karampetyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətinin qarşısını almaq və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaq.

Belçikanın yerli orqanlarında təmsil olunan bəzi deputatların bu şəxsin havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur. Həmin deputatlara öz seçiciləri qarşısında məsuliyyət daşıdıqlarını bir daha xatırlatmaq istərdik”,- deyə Hikmət Hacıyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq