SİYASƏT


XİN: Nikol Paşinyanın əsassız bəyanatı münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir

Bakı, 27 noyabr, AZƏRTAC

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçkiöncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Açıqlamada deyilir: “Əgər N.Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı. Bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM-in (hazırkı ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır.

Ermənistan baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.