SİYASƏT


XİN Paris şəhərinin merinin qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşünə etirazını bildirib

Bakı, 28 may, AZƏRTAC

Mayın 28-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşünə etirazını bildirib.

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.