SİYASƏT


XİN: Tehrandakı terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib

XİN: Tehrandakı terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib

Bakı, 6 fevral, AZƏRTAC

Son günlər bəzi sosial şəbəkə və media resurslarında baş vermiş terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib. Buna əsas səbəb, video görüntülərdəki xronometraja səhv istinadlar olub. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameraları real vaxtdan 24 dəqiqə erkən vaxtı göstərir. Bu fərq bəzi texniki amillərlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumatında bildirilib.

Qeyd edilib ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.