DÜNYA


XİN: Türkiyə Beyruta yardım göndərib

Ankara, 5 avqust, AZƏRTAC

Türkiyə tərəfi Beyrutda baş vermiş güclü partlayışla bağlı Livan xalqının zəruri ehtiyaclarını qarşılamaq və fəlakət bölgəsindəki insanlara kömək məqsədilə yardım göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib. H.Aksoy bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardıma gedib. Türkiyə xilasedici dəstələr, təcili tibbi yardım briqadası, səhra xəstəxanası, tibbi ləvazimat və s. ilə humanitar dəstək verəcək.

Qeyd edək ki, Beyrutdakı məlum partlayışda yaralananlardan altı nəfərin Türkiyə vətəndaşı olması müəyyən edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.