SİYASƏT


XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır

Bakı, 24 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin Vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin “Türk Hava Yolları”nın ilk uçuş reysi ilə, yəni, yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.