SİYASƏT


XİN işğal altındakı ərazilərimizdə yaradılmış qondarma rejimin “naziri”nin Uruqvaya getməsinə dair məlumata münasibət bildirib

Bakı, 25 aprel, AZƏRTAC

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin qondarma “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə kütləvi informasiya vasitələrində məlumatlar verilməsinə dair açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “Bildirmək istərdik ki, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə qondarma “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.

Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay Xarici İşlər Nazirliyi cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.