SİYASƏT


XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Diplomatiya həftəsi”nin açılış mərasimi keçirilir

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda "Diplomatiya həftəsi"nin açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, rəsmi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iştirakçıları salamlayıb. Könüllü gənclərin iştirakı ilə keçirilən açılış mərasimində əsas qonaq qismində xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Bu tədbirin ənənəvi xarakter daşıdığını diqqətə çatdıran nazir Ceyhun Bayramov qeyd edib ki, artıq üçüncü dəfədir "Diplomatiya həftəsi" keçirilir. Tədbirin əsas məqsədi bu sahəyə marağı olan gənclərlə və könüllülərlə birgə maraqlı proqramlar tərtib etmək, ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Azərbaycanın bu və ya digər sahədə dünyada cərəyan edən məsələlərdə mövqeyinin öyrənilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.