İDMAN


XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzinin stadionunda keçirilən yarışda 8 komanda iştirak edib.

Yekun nəticəyə görə Bakı Dövlət Sosial-İqtisad Kollecinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı Humanitar Kollecinin idmançıları isə ilk üçlüyü tamamlayıblar.

Spartakiadanın təqvim planına 6 idman növü - atletika, şahmat, dama, basketbol, voleybol, stolüstü tennis daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.