ELM VƏ TƏHSİL
“XIX-XX əsrlərdə Şirvan bölgəsinin etnoqrafik səciyyəsi” monoqrafiyası çapdan çıxıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Könül Əsədlinin “XIX-XX əsrlərdə Şirvan bölgəsinin etnoqrafik səciyyəsi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabın redaktoru tarix elmləri doktoru Nərgiz Quliyevadır.
Monoqrafiyada toxunulan məsələlərin ümumiləşdirilməsi və tədqiqat obyektinin müxtəlif aspektdən araşdırılması milli-mədəni dəyərlərin öyrənilməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Yeni nəşrdə dəyərli mənbələrdən, arxiv və arxeoloji, etnoqrafik və ədəbiyyat materiallarından, həmçinin ümumiləşdirilmiş əsərlərdən istifadə olunub.
Eyni zamanda, kitabda bölgənin müxtəlif rayonlarından toplanılan çöl etnoqrafik materialları da tədqiqata cəlb edilib.