ELM VƏ TƏHSİL


XIX əsrin ortalarına aid unikal masaüstü saat

XIX əsrin ortalarına aid unikal masaüstü saat

Bakı, 4 fevral, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində qorunan bürüncdən hazırlanmış, üstündə süvari fiquru olan masaüstü saatı diqqəti cəlb edir.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

XIX əsrin ortalarına aid bu sənət əsəri Avropa istehsalıdır. Tanınmış fransız heykəltaraşı Filip Mourey (1840-1910) və dövrün perfeksianist saatsazı Samuel Marti tərəfindən Avropa mozaika texnikasında ərsəyə gətirilmiş bu sənət əsəri unikallığı ilə seçilir. Saatın korpusunu Filip Mourey, mexanizmini isə Samuel Marti hazırlayıb.

Bədii tökmə texnologiyası ilə hazırlanmış saat oyma elementləri ilə bəzədilib.

Mütəxəssislərin verdiyi məlumata görə, saatın arxa hissəsində yazılan- “PH MOUREY 62" yazısı onun hazırlanma vaxtının 1862-ci ilə təsadüf etdiyini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.