“XOCALININ HARAYI”... TABLOLARDA
AzerTAg.az
Fevralın 25-də Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının və Dövlət rəsm qalereyasının təşəbbüsü ilə Dövlət İncəsənət Muzeyinin sərgi salonunda Xocalı soyqırımının 11-ci ildönümünə həsr olunmuş “Xocalının harayı” mövzusunda sərgidə nümayiş etdirilən fotosənədlər, plakatlar, qrafika, boyakarlıq, heykəltəraşlıq əsərləri həmin faciəni tamaşaçıların gözləri önündə bir daha canlandırmışdır.
İncəsənət muzeyindən AZƏRTAC-ın müxbirinə demişlər ki, sərginin açılışında çıxış edən natiqlər xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən, günahsız dinc əhaliyə tutulmuş amansız divandan, ağlasığmaz qəddarlıqdan ürək ağrısı ilə danışmışlar.
Qeyd olunmuşdur ki, milli varlığımıza və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.
Sonra Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi üzvlərinin iştirakı ilə “Haray, Xocalım, haray” adlı ədəbi-bədii kompozisiya səslənmişdir.
Sərgi iki həftə davam edəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var