İQTİSADİYYAT


XOCALI FACİƏSİNİ ANMA MƏRASİMİ

AZƏRTAC xəbər verir ki, Vahid Poeziya Evində Xocalı soyqırımının 14-cü ildönümü münasibətlə anma mərasimi keçirilmişdir.

Tədbirin əvvəlində mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Poeziya Evinin direktoru Hacı Şahin Verdiyev Xocalı soyqırımından, bu faciədə xalqımızın başına gətirilən müsibətlərdən, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına böyük inamdan danışmışdır. Poeziya evinin yaradıcı kollektivinin hazırladığı musiqili kompozisiya nümayiş etdirilmişdir. Vahid ədəbi məclisinin üzvləri - şairlər Həkim Qəni, Elnarə Şəms, Ənvər Nəzərli, Şahin Fazil və başqaları Xocalı qırğınına həsr etdikləri şeirlərini oxumuşlar. Mərasimin sonunda ehsan verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.