İQTİSADİYYAT


XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİRUMINİYADA ANILMIŞDIR

Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı fevralın 26-da Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilmişdir. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türksoylu icmaların təmsilçiləri və mətbuat nümayəndələri iştirak etmişlər. Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz, dəhşətli və qanlı səhifələrindən olduğu xatırladılmış, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışılmışdır.

Tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto-guşəyə baxmış, səfirliyin təşəbbüsü ilə rumın dilində çapdan çıxmış “Xocalı faciəsi” adlı kitabla, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının ingilis dilində Xocalı faciəsinə həsr olunmuş xüsusi buraxılışı ilə, səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatı və Xocalıdan olan məcburi köçkünlərin BMT, Avropa Şurası və ATƏT-ə ünvanlanmış müraciəti ilə də tanış olmuşlar.

Bu sənədlər Rumıniya parlamentinə, dövlət və qeyri-hökumət qurumlarına, dövlət arxivlərinə, milli kitabxanalara, bir sıra səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.