İQTİSADİYYAT
XOCALI FACİƏSİ VƏ ONUN AÇILMAMIŞ QARANLIQ SƏHİFƏLƏRİ
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Yaddaş Dərviş Marafonu Təşkilat Komitəsinin və “Xocalı” Yaddaş Xeyriyyə cəmiyyətinin sədri, əslən Xocalıdan olan professor Bəkir Məmmədov açaraq faciə zamanı 613 nəfərin şəhid olduğunu, 487 nəfərin yaralandığını, 1275 nəfərin barəsində hələ də heç bir məlumatın olmadığını bildirmişdir. O, təşkilatın təşəbbüsü ilə Xocalı faciəsinin tanınması barədə 70-ə yaxın bəyanat imzalandığını, Xocalı xatirə kompozisiyasının yaradıldığını, rəmzi Xocalı bağının, Xocalı yolunun salındığını, Xocalı haqqında xatirə kitabının çap ediləcəyini söyləmişdir.
Ehtiyatda olan polkovnik-leytenant, Müdafiə Nazirliyinin keçmiş hərbi-vətənpərvərlik redaksiyasının sabiq rəisi Seyidağa Mövsümov Xocalıda çəkilən fotosənədlərin bütünlüklə geniş ictimaiyyətə çatdırılması, bu faciənin qaranlıq məqamlarının araşdırılması üçün hələ çox işlər görülməsinin vacibliyindən danışmışdır.
Tədbirdə 1000-dən çox məscidin dağıdıldığı, 5000-dən çox məzarın yerlə-yeksan olunduğu, neçə-neçə ailənin tamamilə məhv edildiyi vurğulanmışdır.