İQTİSADİYYAT


“XOCALI SİMFONİYASI” ADLI FİLMİN VƏ KİTABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, martın 31-də – Azərbaycanlıların soyqırımı günü Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Nurəngiz Günün “Xocalı simfoniyası” adlı ekranlaşdırılmış əsərinin və eyniadlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Əvvəlcə, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə Milli Məclisin deputatları Azay Quliyev, Məlahət Həsənova, Qənirə Paşayeva və başqaları qəsbkar ermənilərin 1918-ci ilin martında Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində törətdikləri qanlı cinayətlərdən, eləcə də həmin dövrdən bəri müxtəlif vaxtlarda xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar.

Qeyd edilmişdir ki, “Vektor” Beynəlxalq Elm Mərkəzində professor Elçin İsgəndərzadənin redaktorluğu ilə nəşr olunan “Xocalı simfoniyası” əsərində müəllif bədnam qonşularımızın insanlığa sığmayan vəhşiliklərini, bu soyqırımının dünyanın ən böyük faciələrindən olan Xirosima və Naqasaki faciəsi qədər dəhşətli olduğunu bədii vasitələrlə ifadə edə bilmişdir. “Xocalı simfoniyası” filmi “Lider” TV-nin təşəbbüsü ilə ötən il lentə alınaraq, İsveçdə Dünya azərbaycanlılarının VIII konqresində nümayiş etdirilmişdir. Təxminən bir saatlıq film musiqinin müşayiəti ilə, faciənin dəhşətlərini əks etdirən kadrlardan və müəllifin nəşr etdirdiyi kitabın mətnindən ibarətdir.

Yüksək bədii təsir gücünə malik əsər Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur. Bildirilmişdir ki, diasporumuzun dəstəyi ilə əsərin tezliklə dünya kütləvi informasiya vasitələrində yayımlanması erməni qəsbkarlarının tarixən xalqımızın başına gətirdikləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək göstərəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.