SİYASƏT
XOCALI SOYQIRIMI YAPONİYADA ANILMIŞDIR
Yaponiyanın Naqai Universitetində də Xocalı soyqırımı anılmışdır. Yaponiya-Azərbaycan dostluq cəmiyyətinin sədri, universitetin magistiri Rəhman Şahhüseyinli AZƏRTAC-a bildirmişdir ki, Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə mərhum telejurnalist Çingiz Mustafayevin ermənilərin Xocalıda törətdikləri vəhşiliklə bağlı lentə aldığı kadrlar, fotoşəkillər nümayiş etdirilmiş, “Xocalı faciəsi və azərbaycanlıların düçar olduqları soyqırım siyasəti” mövzusunda çıxışlar olmuşdur.
Xalqımızın üzləşdiyi faciələr barədə məlumat alan universitetin müəllim və tələbələri ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gəldiklərini bildirmişlər.