İDMAN


XOKKEYÇİLƏRİMİZİN ÖTƏNİLKİ UĞURLARI QƏNAƏTBƏXŞDİR

Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kişi və qadınlardan ibarət milli yığma komandalarımız ötən il mötəbər idman tədbirlərində ölkəmizi uğurla təmsil etmişlər. Belə ki, Avropanın qadın xokkeyçiləri arasında Hollandiyanın Denboş şəhərində keçirilən çempionlar liqası oyunlarında “Atasport” klubu 8 komanda arasında ikinci olmuşdur. “Atasport”un bu uğuru Azərbaycanda komanda idman növləri arasında ən yüksək nailiyyətdir. Avropa çempionatının Bakıda keçirilən “Trofi” yarışlarında isə yığma komandamız qızıl medala sahib olmuş və ilk dəfə dünya çempionatının seçmə qrup mərhələsinə vəsiqə qazanmışdır.

Avropanın milli yığma komandaları arasında keçirilən “Chellencer-2” turnirində kişi xokkeyçilərimiz ilk dəfə finala çıxsalar da, hakimlərin qeyri-obyektivliyi üzündən məğlub olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.