RƏSMİ XRONİKA
XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB STEPAN MESİÇƏ
Hörmətli cənab Prezident!
Xorvatiya Respublikasının milli bayramı - Dövlət elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Xorvatiya münasibətlərinin ahəngdar inkişafı üçün atdığımız addımlar sayəsində əlaqələrimizin hərtərəfli genişlənməsinə və bütün sahələrdə faydalı əməkdaşlığa nail olacağıq.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyun 2006-cı il.