SİYASƏT


XRİSTİAN ALİM DOKTORLUQ DİSSERTASİYASINDA İSLAMI MÜDAFİƏ EDİR

AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyinə istinadla verdiyi xəbərdə deyilir ki, Misirin və Yaxın Şərqin ən yeni tarixində ilk dəfə olaraq, xristian alim doktorluq dissertasiyasında İslamı elmi nöqteyi-nəzərdən müdafiə etmişdir. 57 yaşlı Nabil Luka Babaui “İslam dövlətində xristianların huquq və vəzifələri və milli təhlükəsizlik məsələlərində mövqeyi” mövzusunda doktorluq dissertasiyasını Misir Ərəb Respublikasının Din İşləri Nazirliyinə təqdim etmişdir.

Nabil Luka Babauinin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra bütün İslam aləmi daim gərginlik içərisindədir. Amerika və Qərb kütləvi informasiya vasitələri İslamın qəsdən təhrif edilməsi, İslam və müsəlmanlar haqqında həqiqətdən uzaq iftiraları, saxtalaşdırılmış sənədləri yaymaq məqsədi güdən təbliğatlarını davam etdirirlər. İslam aləmi ABŞ ekstremistlərinin əhatəsinə düşmüşdür. Mən kənarda dayanıb, müsəlmanların necə təhqir olunmalarını müşahidə etmək istəmirəm. Bunu özümə rüsvayçılıq sayıram.

Doktor Babaui bildirmişdir ki, onun doktorluq işi sübut edir ki, İslam terrorizmə və ekstremizmə deyil, yalnız sülhə və sivilizasiyaya çağırır. O demişdir: “Mənim işimdə xristianlarla müsəlmanların yüzillər boyu Misirdə sülh və əmin-amanlıq içərisində yaşamalarından danışılır. Ayrı-ayrı insanların əməllərinə görə deyil, dinin əsaslarına görə mühakimə yürütmək lazımdır”.

Nabil Luka Babaui 1998-ci ildə yazdığı “İslamın qılınc gücünə yayılması. Faktlar və uydurmalar” adlı kitabında tarixi faktlar əsasında sübut edir ki, İslam ürəkləri heç də zor gücünə deyil, ancaq moizələr və müsəlmanların nümunəsi ilə fəth etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.