XÜSUSİ EHTİYACI OLAN UŞAQLAR MİLLİ PARKDA YÜRÜŞ KEÇİRMİŞLƏR

Dekabrin 3-də Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Açıq Cəmiyyət İnstitutunun (OSİ) maddi yardımı, ABŞ Metodist Kilsələr Birliyi Yardım Təşkilatı (UMCOR) və “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi ilə əməkdaşlıq şəraitində Beynəlxalq Əlillər günü münasibətilə dənizkənarı Milli Parkda xususi ehtiyacı olan uşaqların “Bizim səsimiz” devizi altında yürüşünü keçirmişdir.

Yürüşdə Şüvəlandakı 1 və 16 nömrəli, Saraydakı 7 nömrəli uşaq evlərinin müdavimləri, UAFA-nın işçiləri və könüllülər iştirak etmişlər. Onların başı üzərində “Cəmiyyətdə bizim də yerimiz var”, “Hamımız bərabərik”, “Biz də Azərbaycanımızı sevirik” şüarları diqqəti cəlb edirdi.

UAFA-nın ofis meneceri Fərid Talıbov AZƏRTAC-ın müxbirinə demişdir ki, tədbir “İnkişafda geriqalma və qavrama çətinlikləri barədə ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində keçirilir. Məqsədimiz xüsusi ehtiyacı olan uşaqların problemlərini ictimaiyyətə çatdırmaqdır. Bu problemlər isə çoxdur. Bunlar barədə dekabrın 5-də keçirəcəyimiz mətbuat konfransında ətraflı danışacağıq.

Yürüş Milli Parkdakı “Mirvari” restoranında naharla başa çatmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.