Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN TƏSİS EDİLMƏSİ QAYDALARI”NIN VƏ “XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN SİYAHISI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

1. “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin