İQTİSADİYYAT
XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində AZƏRTAC- da öz stendi ilə təmsil olunur.
Stenddə dövlət informasiya agentliyinin fəaliyyəti, keçdiyi mürəkkəb və şərəfli yol, dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlığı barədə dərc olunan kitablar yer alıb.
Bundan başqa, sərgiyə gələn ziyarətçilər müəllifi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov olan "Qloballaşan dünyada informasiya hamı üçün", "AZƏRTAC-dan AZƏRTAC-a", rus dilində dərc olunan "İnformasiyanın yaradılması: Standartlar və yeni yanaşmalar" və digər nəşrlərlə də yaxından tanış ola bilirlər.
Stenddəki fotoşəkillər də ziyarətçilərin böyük marağına səbəb olur. Həmin ekspozisiya ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Dəmir Yolu, Bakı Metropoliteni, hava və avtomobil nəqliyyatı və gəmiçiliklə bağlı iştirak etdiyi mərasim və tədbirlərdə çəkilmiş fotomateriallardır.