İDMAN


XV Avropa Gənclər Olimpiya Festivalında oğlan və qızlar arasında velosiped idmanı üzrə yarışlar keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında oğlan və qızlar arasında velosiped idmanı üzrə yarışlar keçirilib.

AZƏRTAC xəbər verir ki, 10 kilometr məsafəyə fərdi şose yürüşündə medallar uğrunda 30 ölkədən oğlan və qızlar mübarizə aparıblar.

Yürüşdə estoniyalı Madis Mixkels qalib gəlib. İtaliyalı Dario İqor Belletta gümüş medal, rusiyalı Konstantin Aladaşvili bürünc medal qazanıblar.

Səhər qızlar arasında 10 kilometr məsafəyə şose yürüşləri keçirilib. Yürüşün yekunlarına görə, Zoye Bakstedt (Böyük Britaniya) qızıl medala, Alyona İvançenko (Rusiya) gümüş medala, Laura Sander Lizette (Estoniya) bürünc medala sahib olublar.

Qaliblərə və mükafatçılara festivalın medalları təqdim olunub.

Yarışlarda Azərbaycanı Nofəl Nuriyev, Nikita Sitov, Mustafa Muxtarlı, Lalə Əbdürəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.