Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib YENİLƏNİB 2

Bakı, 27 iyul, AZƏRTAC

Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 7 gündə XV Avropa Gənclər Olimpiya Festivalına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev də olublar.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli bağlanış mərasiminin unudulmaz anlarının şahidi oldular.

Bağlanış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Azərbaycan Respublikasının dövlət bayrağının, eləcə də AOK-un və BOK-un bayraqlarının dalğalandığı arenada bayraqlar paradına start verildi. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın, sonra digər ölkələrin bayraqları əlifba sırası ilə arenaya gətirildi. Bayraq paradı ev sahibi Azərbaycanın bayrağının gətirilməsi ilə başa çatdı.

Daha sonra XV Avropa Gənclər Olimpiya Festivalının ən maraqlı anlarını əks etdirən film nümayiş etdirildi.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və AOK-un vitse-prezidenti Nils Nayqaard səhnəyə gəldilər.

“EYOF Bakı 2019”un Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV çıxış edərək dedi:

- Hörmətli Beynəlxalq və milli federasiyaların rəsmiləri.

Əziz gənc idmançılar.

Xanımlar və cənablar.

Yeddi gün ərzində yüksək əhval-ruhiyyə, gərgin mübarizə və dostluq şəraitində keçən XV Avropa Gənclər Olimpiya Festivalı bu gün başa çatır. Festivalın bağlanış mərasimindəki çıxışımda səmimi hisslərimi sizinlə bölüşmək istəyirəm. Ölkəmlə, ölkəmin rəhbərliyi, insanları ilə və bu yarışlarda fəal iştirak edən bütün gənc dostlar, sizinlə qürur duyuram. Mən qürur duyuram ki, biz bu festivalı ənənəvi olaraq yüksək səviyyədə təşkil etməklə Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdik. Biz idmanı sevirik, çünki o, dünyada dostluq, sülh və sağlam həyat sürmək üçün ən təsirli və önəmli vasitədir.

Təşkilat Komitəsi və bütün Azərbaycan idmançıları adından festivala və ölkəmizdə idmanın inkişafına böyük dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Əziz gənclər, siz 10 idman növü üzrə 900-dən çox medal uğrunda mübarizə aparmaqla yanaşı, ən önəmlisi, Olimpiya hərəkatı ideyalarına sadiq qalaraq, birlik və dostluq nümayiş etdirdiniz. Ümumi nəticədə XV Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş Rusiya komandasını, müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuş Böyük Britaniya və Türkiyə idmançılarını ürəkdən təbrik edirəm.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan idmançıları Gənclərin Avropa Olimpiya festivallarında iştirak tarixlərinin ən böyük uğurunu məhz Bakı şəhərində əldə etdilər. Onlar ümumi komanda hesabında dördüncü yerə çıxdılar, 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal qazandılar. Bu nailiyyət münasibətilə Azərbaycan xalqını, idmançılarımızı və onların məşqçilərini səmimi qəlbdən təbrik edirəm.

Təbii ki, nəticələrindən asılı olmayaraq, festivalda iştirak etmiş bütün komandaları təbrik edirəm - bu cür yarışlarda iştirakın özü də böyük bir qələbədir.

Ümidvaram ki, əziz idmançılar, Azərbaycanda keçirdiyiniz bir həftə sizlərin həyatında unudulmaz izlər buraxdı və bu duyğuları Azərbaycandan gedərkən özünüzlə aparacaq və Bakıda - gözəl paytaxtımızda keçirdiyiniz günləri bütün ömrünüz boyu xoş xatirələrlə yada salacaqsınız.

Mən Avropa Gənclər Olimpiya Festivalında iştirak etmiş bütün məşqçi və hakimlərə, yardımçı heyət nümayəndələrinə, idman arenalarına gələn azarkeşlərə də təşəkkür edirəm.

Canlı izlədiyimiz festival gənclərin böyük bir qismi üçün ilk mühüm sınaq oldu. Əminəm ki, sıralarınızdan gələcəyin Olimpiya, dünya və Avropa çempionları yetişəcək və biz də böyük fəxrlə xatırlayacağıq ki, bu nailiyyətlərin əsası məhz Bakı şəhərində qoyulub.

XV Avropa Gənclər Olimpiya Festivalı başa çatdı. 2021-ci ildə növbəti - XVI Festival Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək. Əminik ki, bu yarışlar da yüksək səviyyədə təşkil olunacaq.

Əziz dostlar, əziz gənclər, Azərbaycanda keçiriləcək gələcək idman yarışlarında yenidən görüşmək ümidi ilə sağollaşır və bir daha hər birinizə Bakıdakı festivalın iştirakçısı olduğunuza görə səmimi qəlbdən “Çox sağ olun!” deyirik.

x x x

Sonra AOK-un vitse-prezidenti Nils NAYQAARD çıxış edərək dedi:

- Hörmətli Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini cənab Yaqub Eyyubov.

Əziz idmançılar.

Əziz dostlar və Avropanın Olimpiya hərəkatının qonaqları.

İcazə verin, Avropanın bütün Milli Olimpiya Komitələrinin ən səmimi salamlarını çatdırım.

Burada, Bakıda biz XV Yay Avropa Gənclər Olimpiya Festivalının maraqlı həftəsini keçirdik.

Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının əsl bayramı oldu. Burada yarışan atletləri seyr etdikdən sonra əminliklə demək olar ki, Avropanın idman aləmində aparıcı mövqeyi yaxın zamanlarda dəyişməz olaraq qalacaq.

Bütün idmançıları təbrik edirik. Ümidvaram ki, burada əldə etdiyiniz təcrübə sizi gələcəkdə həm idman, həm də digər sahələrdə daha böyük zirvələri fəth etməyə ilhamlandıracaq.

Siz dostluq, kamillik və hörmət kimi Olimpiya dəyərlərini təcəssüm etdirdiniz və biz bütün həftə izlədiyimiz çıxışlarınızdan fərəhləndik.

Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Çünki onlar bir daha bütün dünyaya nümayiş etdirdilər ki, çox idman növlü mükəmməl yarışları təşkil etməyə qadirdirlər.

Öz təbəssümü və nəzakətli davranışı ilə festivalın ərsəyə gəlməsində yardımçı olmuş üç min beş yüz könüllüyə xüsusi minnətdarlığımızı bildiririk.

Avropa Gənclər Olimpiya Festivalı gənclərin bayramıdır və biz şadıq ki, həmin Oyunlarda bu qədər sayda gənc iştirak etdi.

Yerli təşkilatçılar gənclərlə çox peşəkar iş apardılar, o cümlədən Bakının 49 məktəbi ilə onların Avropadakı həmkarları arasında qardaşlaşma tellərini mümkün edən Olimpiya Mədəniyyəti və Təhsili Proqramını həyata keçirdilər.

Tələbələr yerli mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlərini bir-biri ilə bölüşdülər, həmçinin Olimpiya dəyərləri və prinsipləri ilə tanış oldular.

Onların keçdikləri təlimlər və gördükləri işlər Atletlər kəndində Olimpiya Mədəniyyəti və İdmanı Pavilyonunda nümayiş olundu. Gənc idmançılar, komanda üzvləri və digər qonaqlar orada bütün iştirakçı Avropa ölkələri ilə tanış oldular və Olimpiya ruhunu duydular.

Avropa gənclərini bir araya gətirən bu Oyunlardan əldə edilmiş nəticələr daim yaddaşlarda qalacaq.

İdman bir daha sübut etdi ki, o, fərqli mənşəyə, inanclara malik olan insanları dinc yarış şəraitində birləşdirməkdə böyük gücə malikdir.

Hər zaman ən xoş xatirələrlə yada salacağımız Avropa idmanının və gənclərin unudulmaz bir həftəsinə görə sağ ol Bakı, sağ ol Azərbaycan!

İndi isə, mən XV Avropa Gənclər Olimpiya Festivalını bağlı elan edirəm.

x x x

Daha sonra Olimpiya himninin sədaları altında AOK-un və BOK-un bayraqları endirildi. Festivalın çempionu olan Azərbaycan idmançıları – Xasay Həsənli, Həsrət Cəfərov, Elmir Əliyev, Fərid Sadıxlı, Qurban Qurbanov və Turan Bayramov BOK-un bayrağını təntənəli şəkildə səhnədən çıxardılar.

AOK-un bayrağı isə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova təqdim olundu. Yaqub Eyyubov bayrağı rəmzi olaraq bir neçə dəfə dalğalandırdıqdan sonra AOK-un vitse-prezidenti Nils Nayqaarda təqdim etdi. AOK-un vitse-prezidenti isə bayrağı növbəti – XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Noskoya verdi.

Slovakiyanın dövlət himninin sədaları altında bu ölkənin bayrağı arenada qaldırıldı.

Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan NOSKO mərasimdə çıxış edərək dedi:

- Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov.

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqaard.

Əziz idmançılar, əziz qonaqlar.

Yaxşı bir ideyam var. Mən sizi öz cazibəsi ilə seçilən bir məkana dəvət etmək istəyirəm. Baxmayaraq, o, kiçik bir yerdir, lakin orada böyük potensial gizlənir. Mən sizi elə bir ölkəyə dəvət etmək istəyirəm ki, oranın əhalisi Nyu-York şəhərinin əhalisindən azdır. Lakin həmin ölkə pop-artın banisinin, paraşütü və ya uçan maşını ixtira edənlərin vətənidir. Peter Saqan və ya Zdeno Kara kimi idmançılar orada dünyaya göz açıblar. Yaxşı bir ideyam var. Mən sizi öz adımdan məhəbbəti ehtiva edən ölkəyə dəvət edirəm. Bir halda ki, məhəbbət ürəkdə doğulursa, sizi bu ölkənin qəlbinə dəvət edirəm. Bilirsiniz niyə? Çünki şəhər Slovakiyanın tam mərkəzində yerləşir və o, hər yerə yaxındır. Çünki o, Olimpiya çempionlarının və dünya şöhrətli idmançıların şəhəridir.

Futbolçu Marek Hamşik, biatlonist Anastasiya Kuzmina və idman yerişi ustası Matej Tot kimi idman ulduzları Banska Bistritsa şəhərinin yetirmələridir. Sizin hamınızı, gələcək idman ulduzlarını 2021-ci ildə Banska Bistritsaya dəvət edirəm. Əminəm ki, siz məmnun qalacaqsınız. Bizim gözəl şəhərimiz dağların qoynunda yerləşir və bütün slovak şəhərləri ilə müqayisədə ən gözəl meydana və şəhər mərkəzinə malikdir.

2021-ci ildə Avropanın mərkəzinə gəlin. Hamımız sizi Slovakiyada, Banska Bistritsada səbirsizliklə gözləyirik. Biz 2017-ci ildə Avropanın idman şəhəri adını fərəh hissi ilə daşıdıq və 2021-ci ildə biz Avropa Gənclər Olimpiya Festivalının məşəlini fərəhlə daşıyacağıq. Hamınız dəvətlisiniz! Çox sağ olun.

x x x

Bağlanış mərasimində XVI festivala ev sahibliyi edəcək Slovakiya haqqında film nümayiş olundu.

Daha sonra yeddigünlük idman bayramının başa çatmasının rəmzi olaraq festivalın məşəli gimnastların ifasında maraqlı kompozisiyanın müşayiəti ilə söndürüldü.

Məşəlin söndürülməsindən sonra bağlanış mərasimi maraqlı konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. Sonrakı yerləri müvafiq ardıcıllıqla İtaliya, Ukrayna, İspaniya, Fransa, Polşa, Belarus, Rumıniya, Almaniya, Xorvatiya, İsveç, Estoniya, Hollandiya, Finlandiya, Çexiya, İrlandiya, Norveç, Gürcüstan, Danimarka, Bolqarıstan, Kipr, İsrail, Kosovo, Avstriya, Macarıstan, Belçika, İsveçrə, Moldova, Yunanıstan, Serbiya, Portuqaliya, Litva, Latviya, Slovakiya və Sloveniya idmançıları tutublar.

Bununla da Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər idman turnirinin uğurlu təşkilini təmin edən mühüm amillərdən biri son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir neçə ildə Formula-1 Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə təşkil etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir