CƏMİYYƏT


XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında təcili tibbi yardım briqadalarına 6 müraciət olub

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 22-də XV Avropa Gənclər Yay Olimpiya Festivalı "Bakı-2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 6 müraciət olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər. 18 yaşlı Türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib və onu təcili tibbi yardım briqadası Klinik Tibbi Mərkəzə çatdırıb. Yardım edildikdən sonra idmançı buraxılıb. Vəziyyəti normaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.