Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qardaş Azərbaycan xalqının böyük xeyir-duası ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından Zati-alinizi səmimi qəlbdən təbrik edirik.

Ali rəhbərliyinizlə hər ötən gün daha sabit və sülh şəraitində inkişaf edən Azərbaycan xalqını bu seçim münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından dərin hörmətlə,

Abdullah Gül - Türkiyə Respublikasının sabiq Prezidenti,

George İvanov - Makedoniya Respublikasının Prezidenti,

Mladen İvaniç - Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü,

Marinko Cavara - Bosniya və Herseqovina Federasiyasının Prezidenti,

Mustafa Akıncı - Şimali Kipr xalqının lideri,

Petru Luçinski - Moldovanın sabiq Prezidenti,

Valdis Zatlers - Latviyanın sabiq Prezidenti,

İvo Yosipoviç - Xorvatiyanın sabiq Prezidenti,

Stefan Mesiç - Xorvatiyanın sabiq Prezidenti,

Emil Konstantinesku - Rumıniyanın sabiq prezidenti,

Radu Al Romaniei - Rumıniyanın şahzadəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin