ELM VƏ TƏHSİL


XXI əsrin qlobal tələblərinə cavab verən Dayanıqlı və İnklüziv Universitetin qurulması planlaşdırılır

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyasina əsasən, XXI əsrin qlobal tələblərinə cavab verən Dayanıqlı və İnklüziv Universitet qurulması nəzərdə tutulub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, 2025-ci ilədək universitetdə bütün sahələrdə rəqəmsallaşmanı təmin etmək məqsədilə rəqəmsal idarəetmə və mükəmməl elektron tələbə-məlumat bazasının yaradılması, tədris prosesinin elektron təşkili və idarə edilməsi, elektron kitabxana informasiya sisteminin təşkili və xidmətlərin elektronlaşması planlaşdırılır.

Qeyd edək ki, strategiyanın məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu yöndə mütəxəssis hazırlığını təmin etmək, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.